Ədalət Vəliyev AY Partiya Başqanı ilə görüşdü

SİYASƏT
19:15 / 14.05.2022
1179

Bu gün iqtidar-müxalifət dialoqu çərçivəsində Prezident Administrasiyasında Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev ilə Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli arasında görüş keçirilib.

Hit.az xəbər verir ki, görüşdə yeni siyasi konfiqurasiyanın və aparılan islahatların strateji hədəfləri, ölkədə demokratik ənənələrin dərinləşməsi, cəmiyyətin inkişafı naminə iqtidar-müxalifət münasibətlərinin konstruktiv əməkdaşlıq formatına transformasiyası müzakirə predmeti olub. 

Anar Əsədli görüşün təşkili və müzakirəyə görə Ədalət Vəliyevə təşəkkürünü bildirib.

0