Prezident BP-nin baş icraçı direktorunu qəbul edib - YENİLƏNİB

SİYASƏT
11:45 / 24.06.2022
1124

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də BP qrupunun baş icraçı direktoru Bernard Lunini qəbul edib.

HİT.az xəbər verir ki, görüşdə BP şirkətinin SOCAR ilə uzun illər uğurlu əməkdaşlıq həyata keçirdiyi vurğulanıb.

Şirkətin bundan sonra da ölkəmizdə fəaliyyət göstərmək niyyəti ifadə olunub.

BP-nin Azərbaycanda yaşıl enerji növlərinə keçidlə bağlı verdiyi töhfə qeyd edilib.

Şirkət tərəfindən Cəbrayılda inşa ediləcək 240 meqavatlıq günəş elektrik stansiyasının əhəmiyyətinə toxunulub, bununla bağlı iyunun 4-də Şuşada BP ilə imzalanmış sənədin önəmi vurğulanıb.

11.21

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də BP qrupunun baş icraçı direktoru Bernard Lunini qəbul edib.

HİT.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

0