Daha bir deputatın mandatı ləğv olunacaq

SİYASƏT
15:20 / 08.04.2024
249

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Milli Məclisin deputatı Ramin Ələmşah oğlu Məmmədov Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib.

Bizim.Media xəbər verir ki, Ramin Məmmədovun dövlət qurumuna sədr təyin olunması onun deputat səlahiyyətlərinə xitam verilməsinə səbəb olacaq. 

Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinə görə, Milli Məclisin deputatı dövlət orqanlarında vəzifə tutduqda, din xadimi olduqda, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla) mandatdan məhrum edilir.

Bununla da Milli Məclisdə boş qalan yerlərin sayı 10-a çatacaq.

0