Prezident BRICS sammitində iştirak edir - YENİLƏNİR

SİYASƏT
12:15 / 24.10.2024
48

Bu dəqiqələrdə Kazan şəhərində XVI BRICS Sammitinin “Outreach” / “BRICS+” formatının ilk plenar iclası keçirilir.

HİT.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.

Əvvəlcə XVI BRICS Sammitinin “Outreach” / “BRICS+” formatının nümayəndə heyətləri başçıları - iştirakçılar birgə foto çəkdiriblər.

11.24

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kazan şəhərində XVI BRICS Sammitinin “Outreach”/“BRİCS+” formatında iştirak etmək üçün “Kazan Expo” Beynəlxalq Sərgi Mərkəzinə gəlib.

HİT.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

0