Şəhərətrafı avtobuslar yenilənir? - AÇIQLAMA

SOSİAL
15:22 / 16.11.2023
881

Hazırda hər kəs "Baku Bus"ların fəaliyyətindən razıdır. 

Lakin şəhərətrafı ərazilərdə çox köhnə avtobusların istifadə olunması daima narazılığa səbəb olur. Həmin istiqamətdə fəaliyyət göstərən avtobusların da yeniləri ilə əvəz olunması məsələsi tez-tez gündəmə gətirilir. Buna baxmayaraq, konkret addımların atılmadığını görürük.

Ümumiyyətlə, sözügedən köhnə avtobusların yeniləri ilə əvəz olunması üçün hansı addımlar atılmalıdır?
 
Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov HİT.az-a açıqlamasında bildirib ki, "Baku Bus" və bəzi daşıma şirkətlərinin xidmət keyfiyyətləri yüksəkdir:
"Sərnişini hansı şirkətin daşımasından asılı olmayaraq xidmət səviyyəsi yüksək olmalıdır. Ümumiyyətlə, hər bir sərnişinə xidmət etmək şirkətlərin öhdəliyidir. Yəni daşımanın keyfiyyətini nəzərə almaq lazımdır".

Ekspert qeyd edib ki, şəhərətrafı ərazilərə də "Baku Bus" standartlarına uyğun yeni avtobuslar istismara verilməlidir:

"Yəni şəhərətrafı ərazilərdə daşıma xidməti göstərən şirkətlər də öz avtobuslarını yenilənməlidirlər. Müasir və komfortlu avtobuslar xəttə buraxılmalıdır. Əgər bunu edə bilmirlərsə, dövlətə və aidiyyəti qurumlara müraciət etməlidirlər. Kredit və lizinq şərtləri ilə avtobusların yenilənməsi məsələsini həll edə bilərlər. Hətta bunu edə bilmirsə, sözügedən xidməti digər şirkətlərin həyata keçirməsi üçün müraciət etməlidirlər. Məncə, çıxış yolları bunlardır".

Pərviz

0