Ad və soyadı necə dəyişmək olar? - Hüquqşünas cavbab verir

SOSİAL
17:51 / 16.04.2024
473

İzləyicimiz 16 yaşlı Nağdalı Bayramov sual ünvanlandırıb.

O adını dəyişmək üçün hara müraciət etməli olduğunu və yaşının buna imkan verib-vermədiyini soruşur.

Məsələ ilə bağlı Hit.az-a açıqlama verən hüquqşünas Cəmil Paşayev bildirib ki, Azərbaycan vətəndaşı 18 yaşına çatana qədər onun adının, soyadının dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən icazə verə bilər. 10 yaşına çatmış uşağın adı və soyadı onun razılığı ilə dəyişdirilir.
Bu qayda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsi ilə tənzimlənir.

"Məsələ ilə əlaqədar olan rəsmi qurumlar isə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi  və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyidir. Ad və soyadın dəyişdirilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Şəhər və rayon qeydiyyat şöbələrinə, "ASAN xidmət" mərkəzlərinə müraciət etmək lazımdır. Qanuna əsasən. Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqları da
 adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnamə verilir", deyə hüquqşünas bildirib.

Ekspert əlavə edib ki, uşaq nikahda olmayan şəxslərdən olarsa və onun maraqlarını əsas tutmaqla  anasının soyadını və ya istədiyi soyadı qəbul edə bilər.

Murad

0