Evliliklər nə üçün erkən bitir? - Psixoloq 2 SƏBƏB GÖSTƏRDİ

SOSİAL
14:54 / 19.07.2024
679

"Təəssüf ki, son zamanlarda uzun müddətli evliliklər belə bitməyə başlayır".

Bu sözləri psixoloq Nabat Mirzəyeva Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, evliliklərin tez bitməsinin əsas səbəbi müasir dövrdür:
"Hazırkı dövrdə evliliklər çox adiləşib. Adiləşməyin ən əsas səbəbləri kimi sosial şəbəkələr və həddindən artıq aktiv həyat tərzinin təbliğ olunmasını vurğulamaq lazımdır. Yəni sosial şəbəkələrdə bizə göstərilən "xoşbəxtlik anlayışı" həyatımızı və evliliyimizi sorğulamağımıza səbəb olur. Kimsə xoşbəxt olduğu halda, biz nə üçün xoşbəxt ola bilmədiyimizi düşünməyə başlayırıq". 

Lakin psixoloq qeyd edib ki, xanımlar bu barədə həyat yoldaşları ilə müzakirə aparmırlar:
"Əfsuslar olsun ki, bu barədə həyat yoldaşımızla danışmadan birbaşa olaraq aqressiyamızı ona yönləndiririk. Bu, təəssüfki xanımlarda daha çox olur. Nəticədə, ailədə söz-söhbətlər başlayır. Kiçik söz-söhbətdən isə böyük gərginlik yaranır. Bu isə bir müddət sonra ailənin dağılması ilə nəticələnir". 

Nabat Mirzəyevanın sözlərinə görə, indiki dövrdə xanımlar ailə problemlərinə qarşı təkbaşına mübarizə aparmaq istəmirlər:
"Əvvəlki dövrlərdə Azərbaycan xanımları hər şeyə səbr edirdilər. İndiki dövrdə isə qadınlarımız təktərəfli mübarizə aparmaq istəmirlər. Çünki tək mücadilədən artıq yorulurlar. Ona görə də fikirlərini asan və rahat şəkildə bildirməyə çalışırlar.

Bundan başqa, indiki zamanda cütlüklərin çoxu ayrı ayrılıqda çox zaman keçirtməyə çalışır, bərabər zaman keçirtməkdən uzaq olduqları üçün yad insanlara çevrilirlər. Xanımlar sosial şəbəkələrdə gördükləri "xoşbəxtlik anlayışını" öz yoldaşlarına təklif edəndə müsbət cavab ala bilmədikləri üçün vəziyyət daha da gərginləşir və boşanmağa doğru gedir. Üstəlik, problem olanda psixoloqa və ya ailə danışmanına müraciət etmirlər. Nəticədə, kiçik səbəblərə belə görə ailələr dağılır. Ailə hər 2 tərəfin mücadilə və mübarizəsi ilə ayaqüstə qalan bir yuvadır. Bunu unutmamalıyıq".

Pərviz

1