Yaş artdıqca qadınlarda kompleks yaranır?

SOSİAL
23:14 / 28.10.2024
269

Adətən qadından yaş soruşulmaz. Ancaq bəzi qadınlar yaşını gizlətmir, bəziləri isə yanlış rəqəm deyir. Ümumiyyətlə, bir çox xanımlar həqiqi yaşlarını gizlətməyə üstünlük verirlər. Maraqlıdır, niyə qadınlarda bu qorxu var?

Psixoloq Aynur Əliyeva Hit.az-a deyib ki, yaş artdıqca sanki qadınlarda kompleks yaranır: 

"Onlar düşünürlər ki, bir qadın kimi heç kim məni bəyənmir, bir qadın kimi cəmiyyətdə dəyərləndirilmirəm. Bu səbəbdən də qadınlar qarşı tərəfə yaşını kiçildirərək, deyir. Ancaq bu düzgün deyil. Istər sevgi münasibətlərində, istər adi dostluq münasibətlərində də qadını yaşına görə qəbul edəcəklərsə, bu düzgün deyil. Nəzərə almaq lazımdır ki, qadın hər yaşda gözəldir. 40 yaşında da qadın gözəldir, 50-60 yaşındada da. Azərbaycan qadını gözəlliyi, mehribanlığı, sədaqəti ilə seçilir, sevilir. Yaxşı olar ki, qadınlar olduqları yaşı gizlətməsin. Qarşı tərəfə onu yaşına görə qəbul etməyəcəksə, elə bu münasibət başlamadan bitməlidir. Belə bir məsəl var ki, qadından yaş soruşmazlar. Soruşubsa o qadına yaşını göstərmədiyini deməlidir”. 

Sevinc

0