600-dan yuxarı bal toplayan 30 abituriyent niyə sevinə bilmədi?

TƏHSİL
10:47 / 28.08.2026
172

Builki imtahanlarda iştirak edərək 600-dən çox bal toplayan 30 abituriyent ali məktəbə qəbul ola bilməyib. 

DİM-in nəşr etdiyi “Abituriyent” jurnalının 7-ci sayında qeyd edilib ki, bu abituriyentlərin hamısı IV ixtisas qrupu üzrə imtahanlarda iştirak edənlərdir. Maraqlıdır, yüksək bal toplayanlar niyə tələbə adı qazana bilmədi?

Təhsil eksperti Məzahir Məmmədli Hit.az-a açıqlamasında bildirib ki, ali məktəbə qəbul zamanı yüksək nəticə əldə etmək abituriyentin arzuladığı ixtisasa yerləşməsi üçün hər zaman kifayət etmir: 

408282

“Burada ixtisas seçiminin necə aparılması da nəticəyə birbaşa təsir göstərən amillərdən biridir. Abituriyentlər seçim siyahısını hazırlayarkən yalnız ən çox istədikləri ixtisaslarla kifayətlənməməlidirlər. Bu cür halların səbəbləri ətraflı şəkildə araşdırılmalı və problemin aradan qaldırılması üçün konkret mexanizm hazırlanmalıdır”.

Ekspertin dediyinə görə, yüksək bal toplamış abituriyentin seçim prosesində yalnız bir neçə ixtisasa bağlanması müəyyən risklər yaradır: 

“Çünki həmin ixtisaslarda rəqabətin səviyyəsi, plan yerlərinin sayı və əvvəlki illərdə qeydə alınmış keçid balları qəbul nəticəsinə ciddi təsir göstərə bilər. Bu baxımdan ixtisas seçimi zamanı abituriyentin şəxsi istəyindən əlavə, real qəbul şansını da hesablaması vacibdir. Keçmiş illərin statistikası, plan yerlərinin həcmi və ixtisaslar üzrə formalaşan keçid balları seçim siyahısının hazırlanmasında əsas göstəricilərdən biri olmalıdır”.

Günel Cəlilova

0