Norveç kralı V Harald vəfat etdi

DÜNYA
10:57 / 28.08.2026
35

Norveç kralı V Harald 89 yaşında vəfat edib.

HİT.az xəbər verir ki, bu barədə Norveç kral sarayının məlumatında bildirilib.

"Dərin hüznlə Əlahəzrət Kral Haraldın vəfat etdiyini bildiririk. Kral Harald avqustun 28-də saat 06:35-də Oslonun "Rikshospitalet" universitet xəstəxanasında vəfat edib", - məlumatda bildirilib.

Qeyd edək ki, V Harald 1937-ci il fevralın 21-də anadan olub. O, 1991-ci ildə atası V Olafın vəfatından sonra taxta çıxıb. Haraldın varisi 53 yaşlı vəliəhd şahzadə Hokondur.

0