Avropanın ən böyük avtomobil istehsalçıları olan “BMW AG” və “Volkswagen AG” dizel avtomobillərində tullantıların təmizlənməsi texnologiyasının tətbiqini əngəlləyən kartel razılığına gəldikləri üçün cərimə ödəməyə razılaşıblar.
Hit.az “Bloomberg”ə istinadən xəbər verir ki, Avropa Komissiyasının açıqlamasına görə, “BMW AG” 373 milyon avro, “Volkswagen AG” isə 502 milyon avro cərimə ödəyəcək.
Qeyd edək ki, hər iki şirkət uzun danışıqlardan sonra daha az cərimə ödəməklə Aİ-nin qərarını məhkəməyə çıxarmamasını qəbul ediblər. “Daimler AG” sözügedən gizli razılaşmanı ilk olaraq açıqladığı üçün cərimə olunmaqdan yaxa qurtarıb.