Tvitterin işində problem yarandı

22:10 / 17.02.2022
1994

Tvitter sosial şəbəkəsinin işində problemlər yaranıb.
Hit.az xəbər verir ki, bu barədə populyar internet resurslarının işini təqib edən “Downdetector” xidməti məlumat yayıb.

Bildiriliib ki, şikayətlərin əksəriyyəti ABŞ, Yaponiya, Böyük Britaniya, Kanada, Fransa, Almaniya və Rusiyadan daxil olub.

Bu ölkələrdə tvitterin saytında, mobil tətbiqlərin server bağlantısında və xəbər lentinin yenilənməsi zamanı problemlər qeydə alınıb.

1