İlon Mask süni intellekti tənqid edərək, bunun "etdiyimiz hər şey üçün vacib" olmadığını deyib.
HİT.az xəbər verir ki, milyarder bu barədə Londonda "Wall Street Journal"ın Direktorlar Şurasının sammitində videobağlantı vasitəsilə danışarkən deyib.
Onun fikrincə, super zəka “iki ağızlı qılıncdır”.
“Əgər sizə hər şeyi verə biləcək bir cininiz varsa, bu təhlükəlidir” deyən Mask süni intellektin “dron müharibəsi” yaratmaq üçün istifadə oluna biləcəyini deyib.
Milyarder bütün dünya hökumətlərininin silah hazırlamaq üçün ilk növbədə süni intellektdən istifadə edəcəyini gözləyir: "Beləliklə, döyüş meydanında hər hansı bir insandan daha sürətli reaksiya verə bilən daha təkmil silahlara sahib olmaq süni intellektin bacara biləcəyi şeydir. Gələcəkdə inkişaf etmiş ölkələr və ya ən azı dronlara sahib olan ölkələr arasında baş verəcək müharibələr, əsasən, pilotsuz uçuş aparatları ilə döyüşlər olacaq".
“Süni intellektdən istifadə edərkən diqqətli olmaq lazım olan ilk yerlərdən biri ictimai rəyi manipulyasiya etmək üçün sosial mediadır”, deyə Mask əlavə edib.
ABŞ-da qarşıdan gələn prezident seçkilərində dəyişikliklərin nə qədər böyük olacağı ilə bağlı suala o, “süni intellektlə manipulyasiyanın təsirini minimuma endirmək üçün” bu məsələyə diqqət yetirməyin zəruriliyini vurğulayıb.
"Biz "Twitter"də buna ciddi yanaşırıq və düşünürəm ki, genişmiqyaslı sistem manipulyasiyasını aşkar etmək üçün bütün qoruyucu tədbirləri tətbiq edirik", deyə Mask bildirib.
Samir