"Xiaomi" şirkətinin rəhbəri "iPhone" istifadə edirmiş

TEXNO
00:06 / 15.05.2020
1204

Son iki il ərzində çinli "Xiaomi" şirkətinin dünya bazarında yer alması heç kəsin nəzərindən qaçmayıb. İlk növbədə də, brendə məxsus smartfonlar analitiklərin sevimlisinə çevrilərək siyahılarda ən ön pillədə yer alır. Şirkət isə bütün əməkdaşlarının və həmçinin rəhbərin yalnız "Xiaomi" brendinə məxsus məhsullardan istifadə etdiyini xüsusi ilə vurğulayır. Lakin bütün bu "vurğular" yalnız kağız üzərindədir.

"Weibo" platformasında "Xiaomi" brendinin rəhbəri Ley Szyun kitab tövsiyyəsi ilə bağlı post paylaşıb. Platformanın xüsusi funksiyası sayəsində yerləşdirilən postların hansı cihaz vasitəsi ilə yükləndiyi qeyd edilir. Bunu unudan Ley etdiyini ört-basdır etmək üçün postu silərək "Xiaomi 10 Pro" modeli ilə yenidən şəbəkəyə əlavə etsə də, izləyicilər bütün bunlardan heç də məmnun qalmayıb. Çünki ilk əvvəl paylaşılan post "iPhone" modeli ilə şəbəkəyə əlavə edilmişdir.

Deməli daim vurğuladığı kimi şirkət rəhbəri heç də öz şirkətinə məxsus məhsullarından istifadə etmir. Sözügedən "vurğular" isə sadəcə təşviqat aləti funksiyasını daşıyır.

Lakin çinli şirkətin tərəfdaşı Pan Tszütan isə Leyi dəstəkləyərək, bazarın daha yaxşı öyrənilməsi məqsədi ilə fərqli smartfonlardan istifadənin önəmli olduğunu bildirib.

Günel Gözəlova

1
Open.az