Daxili turizmin inkişafı üçün nələr edilməlidir? - "Hazırda bəzi nöqsanlar var"

TURİZM
12:26 / 11.09.2024
364

"Artıq yay tətili günləri geridə qalıb. Əvvəlki illərlə müqayisədə bu il bölgələrdə daha çox yerli turist gördük".

Bu sözləri turizm üzrə ekspert Rəhman Quliyev Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, quru sərhədlərinin bağlı olması və xarici ölkələrə uçuş biletlərinin bahalılığı yerli turistlərin bölgələrə yönəlməsinə maraq yaratdı:

"Lakin bu gün daxili turizmin inkişafı ilə bağlı bəzi nöqsanlar var. Onların başlıcası otellərdə qiymətlərin dinamik olaraq artmasıdır. Xüsusən həftəsonları və əlamətlər günlərdə otel qiymətləri digər günlərlə müqayisədə baha olur. İnsanlar isə həftəsonları dincəlməyə daha çox üstünlük verirlər". 

357857

Ekspert daxili turizmin inkişafı üçün hansı addımların atılmalı olduğundan da bəhs edib:

"Yaxşı olardı ki, otellər hansısa kampaniyalar keçirsinlər. Həmçinin, dövlət qurumları tərəfindən bölgələrə turist marşrutlarının təşkil edilməsi məqsədəuyğun olar. Məsələn, turistlər üçün gündəlik olaraq marşrutların təyin olunması mümkündür. Özəl deyil, dövlət tərəfindən təşkil olunsa qiymətlər də münasib olar. 

Düşünürəm ki, Şahdağ, Quba, Qusar, Şəki, Balakən və İsmayıllı kimi istiqamətlərə gündəlik turist marşrutlarının fəaliyyət göstərməsi yaxşı olardı. Həmçinin, həftəsonu da turistlərin həmin istiqamətlərə getməsinə böyük maraq var". 

Rəhman Quliyev bu istiqamətdə təkliflər də verib:

"Daxili turistləri daim Azərbaycanda saxlamaq üçün addımlar atılmalıdır. Bunun üçün də otellərlə mütəmadi şəkildə danışıqlar aparılmalıdır. Otel qiymətlərini stabil saxlamaq və yerləşmə yerlərinin sayın artırmaq lazımdır. Xüsusən də aşağı büdcəli otellərin sayı artırılmaq vacibdir. Bütün bunlar daxili turizmin inkişafına təkan verəcək".

Pərviz

0