"Lexus" yeni elektromobillərini təqdim edib - FOTO

AVTO
10:49 / 05.12.2023
873

Dünyanın ən məşhur avtomobil markalarından olan "Lexus" yeni elektromobillərini təqdim edib.

HİT.az xəbər verir ki, şirkət "Kenşiki Forum"unda iki yeni modelini sərgiləyib.

Sözügedən modellər "LM" ve "LBX" adlanır."Lexus" həmçinin, innovativ texnologiyalarını Avropada ilk dəfə olaraq "LF-ZC" və "LF-ZL" konsept avtomobillərini də Kenşikidə nümayiş etdirib.

Bu modellərin isə 2026-cı ildə satışa çıxarılması gözlənilir. "Lexus" 2026-cı ilə qədər məhsul çeşidini genişləndirmək və şaxələndirmək üçün elektromobil olmaqla bütün kateqoriyalarda modellər təqdim ediləcəyini açıqlayıb.

Pərviz

0