"Renault"un yeni modeli belə olacaq - FOTOLAR

AVTO
10:41 / 14.12.2023
867

Fransanın məşhur avtomobil markalarından olan "Renault" yeni avtomobil istehsal edəcək.

HİT.az xəbər verir ki, yeni avtomobil "Renault Captur" adlanır.

Həmin model 2024-cü ilin ilk günlərində Cenevrə Avtomobil Sərgisində nümayiş olunacaq. 

"Captur" öz mühərriklərini, eləcə də bir çox detalları "Clio" ilə paylaşacaq. Avtomobildə 65 at gücü hasil edən üç silindrli 1.0 SCe mühərriki və 95 at gücü hasil edən 1.0 TCe mühərrik versiyası təqdim olunacaq.

Modelin hibrid və təkrar doldurulan hibrid versiyalarda da təqdim ediləcəyi gözlənilir.

Pərviz

0