Çinin yeni elektromobili təqdim olundu - FOTOLAR

AVTO
10:53 / 30.12.2023
1043

Çinin "Huawei" və "Seres" şirkətləri birgə yeni avtomobil istehsal ediblər.

HİT.az xəbər verir ki, yeni elektromobil "Aito" markası altında satılacaq.

"Aito M9" adlı modelin daxilində 7 ekranın olması isə diqqət çəkib. Həmçinin, avtomobildə 2 elektrik mühərriki mövcuddur. Yəni hibrid versiyaya 1,5 litrlik turbomühərrik və iki elektrik mühərriki daxildir. Onların ikisi birlikdə toplam 523 at gücü istehsal edir. Sözügedən model təhlükəsizlik və avtonom idarəetmə üçün 27 sensora malikdir. Avtomobil 630 kilometrə qədər məsafə qət etmə potensialına sahibdir. 

Qeyd edək ki, "Aito M9" "Seres" tərəfindən istehsal olunur. "Huawei" tərəfindən isə elektrik güc aqreqatı, sensorlar, məlumat-əyləncə sistemi və digər komponentlər təmin edilir. Onun qiymətinin 65-79 min dollar arasında olacağı açıqlanıb. İlk tədarüklərin gələn ilin əvvəlində həyata keçirilməsi gözlənilir.

Pərviz

0