"Honda" yeni modelini təqdim edib - FOTOLAR 

AVTO
10:36 / 11.01.2024
946

Yaponiyanın nəhəng avtomobil şirkəti "Honda" yeni avtomobil istehsal edib. 

Hit.az xəbər verir ki, "Honda 0" adlanacaq yeni model Las-Veqasda təqdim olunub. 

Üstəlik, bundan sonra şirkətin loqosu sadəcə "H" hərfindən ibarət olacaq. Sözügedən yenilik də bu modeldən etibarən istifadəyə ediləcək. 

Yeni elektromobil yüksək dəqiqlikli risk proqnozları əldə etmək üçün qabaqcıl süni intellekt, aşkarlama və sürücü monitorinq texnologiyalarından istifadə edir. Həmçinin, sözügedən model geniş diapazonlu və minimum ölçüyə malik yüksək sıxlıqlı akkumulyatora sahib olacaqlar.

Qeyd edək ki, ilk "Honda 0" modeli 2026-cı ildə ABŞ-də satışa çıxarılacaq. Daha sonra isə Yaponiya və Avropa ölkələrində satışlar həyata keçiriləcək.

Pərviz

0