Avtomobil qiymətləri ucuzlaşacaq?

AVTO
11:50 / 06.05.2024
567

Son günlərdə dünyada avtomobil qiymətlərinin ucuzlaşdığı müşahidə olunur.

Hit.az xəbər verir ki, bir çox modelin qiymətinin aşağı enməsi diqqət çəkir.

Artıq bu proses Türkiyədə də yaşanır. Belə ki, qardaş ölkədə avtomobil qiymətləri də ucuzlaşmağa başlayıb. Hətta Türkiyədə aprel ayında satılan avtomobillər ötən ilin eyni dövrü ilə müqayisədə 20,61 faiz azalıb. Üstəlik, bu ucuzlaşmanın qarşıdakı aylarda da davam edəcəyi bildirilib. Bəzi modellərin qiymətinin sürətli şəkildə ucuzlaşacağı gözlənilir.

Qeyd edək ki, dünyada və Türkiyədə avtomobil bazarında yaşanan bu ucuzlaşma dalğasının ölkəmizə də təsirsiz ötüşməyəcəyi proqnozlaşdırılır. Bir neçə avtomobil satışı ilə məşğul olan şəxslə söhbətimiz zamanı məlum oldu ki, hazırda Azərbaycanda avtomobil qiymətlərində ciddi eniş yoxdur. Lakin dünyadakı ucuzlaşa prosesi davam edəcəyi təqdirdə bizdə də avtomobil qiymətləri aşağı enə bilər.

Pərviz

0