"Volkswagen"in ucuz avtomobili bu tarixdə SATIŞA ÇIXARILACAQ

AVTO
13:30 / 30.05.2024
1502

Almaniyanın nəhəng avtomobil istehsalçısı "Volkswagen" ucuz elektromobil istehsal etməyə hazırlaşır.

Hit.az xəbər verir ki, şirkət sözügedən modelin qiymətinin isə münasib olacağını açıqlayıb.

Son məlumatlara əsasən, "ID.1" avtomobili 20 min avroya satışa çıxarılacaq. Həmçinin, "e-up" modelinin yerini alacağı proqnozlaşdırılan avtomobilin 2027-ci ildə satışa çıxarılacağı qeyd olunub. 

"Volkswagen"in həmin avtomobilin istehsalında başqa markalarla da əməkdaşlıq edə biləcəyi ehtimalları səsləndirilir. Bir müddət öncə "Renault" şirkəti ilə əməkdaşlıq məsələsi müzakirə olunsa da, "Volkswagen" təktərəfli olaraq danışıqları dayandırmışdı. 

Qeyd edək ki, 2027-ci ildə satışa çıxarılacaq avtomobildən öncə isə "ID2all" avtomobilinin yeni modelləri istehsal olunacaq.

Pərviz

0