"Toyota" satışlarda "Subaru"nu böyük fərqlə QABAQLADI

AVTO
10:41 / 04.07.2024
197

"Toyota"nın "GR86" modeli diqqət çəkməyə davam edir.

Hit.az xəbər verir ki, sözügedən avtomobilə olduqca böyük maraq var.

Belə ki, "GR86" artıq yüksək satış rəqəmlərinə çatıb. Hətta rəqibi hesab olunan "Subaru BRZ" modelini satışlarda ciddi şəkildə üstələyib. İki model arasındakı satış fərqi 5 dəfəni ötüb.

"GR86" son 6 ayda ABŞ-də 7 min 467 satışa nail olub. Ötən il eyni bazarda 11 min 78 avtomobil satılıb. "BRZ" isə son 6 ayda ABŞ-də cəmi 1414 satış həyata keçirib. Ötən il də Amerikaya 4188 avtomobil aparılıb. "Toyota"nın sözügedən ölkədə "Subaru"dan daha çox satış şəbəkəsinə malik olmasının da bu göstəricidə önəmli rol oynadığını qeyd etməliyik. 

Yaponiya bazarlarında da vəziyyət oxşardır. "BRZ" 4100 ədəd avtomobil satsa da, "Toyota"da bu rəqəm 9796-dır. Ümumiyyətlə, iki şirkət arasındakı satış fərqləri 2 dəfə, bu il isə 5 dəfə artıb. 

Qeyd edək ki, ötən ay satılan avtomobillərin sayında da "GR86" öndədir. Keçən ay 1500 nəfər "GR86" alarkən, yalnız 243 nəfər "BRZ"-ni seçib.

Pərviz

0