Dünyanın ən prestijli avtomobil istehsalçılarından olan "Mercedes-Benz" yeni modelini təqdim etməyə hazırlaşır.
Hit.az xəbər verir ki, elektrikli avtomobil "GLA" sinfinə daxil olacaq.
Model hazırda "X174" kodu adı altında hazırlamağa davam edir. Lakin bu modeldə "GLA" avtomobillərində istifadə edilən texnologiyanın çox hissəsini özündə cəmləşdirəcəyi proqnozlaşdırılır.
İlk model 2025-ci ilin sonunda satışa çıxarılacaq. Avtomobilin dizel mühərrikə sahib olub-olmayacağı isə hələlik məlum deyil. Amma şirkətin Avropada dizel mühərrikdən imtina etməsinin müştəri itirməsinə gətirib çıxaracağı deyilir.
Sözügedən avtomobilin kütləvi sifarişlərinin isə 2026-cı ilin birinci rübündə çatdırılmasına başlanılacaq. Bu isə o deməkdir ki, "GLA"-nın yeni modeli gözləniləndən daha əvvəl yollarda olacaq. Ona qədər isə avtomobilin bir çox hissələri daha da inkişaf etdiriləcək.
Pərviz