Cənubi Koreyanın "Kia" brendi ölkəmizdə də ən çox satılan avtomobillərdən biridir.
Xüsusilə "Kia Rio" modelinə hər zaman böyük maraq olub. Sözügedən modelin yığcam və ekonom olması ona qarşı təlabat yaradıb. Bu avtomobilin mühərrik həcmi buraxılış ilinə görə 1,1 1,4 və 1,6 L versiyalarında olur. Üstəlik, illər keçməsinə baxmayaraq, "Kia Rio" hələ də ən çox satılan avtomobillərdən olmağa davam edir.
Ümumiyyətlə, "Kia Rio" modeli neçəyədir?
Hit.az bu suala cavab tapmaq üçün kiçik bir araşdırma aparıb.
Deməli, hazırda avtomobil elanı saytlarında daha çox 2009, 2010, 2011, 2012, 2013 və 2014-cü ildə istehsal olunan "Rio"ların satışa çıxarıldığını görürük. Həmin avtomobillərin qiymətləri isə 8500, 9, 10, 12, 14, 16 və 18 min manat arası dəyişir. Yəni bu illərdə istehsal olunan ideal vəziyyətdə "Kia Rio" sahibi olmaq üçün 14-15 min manatı gözdən çıxarmaq lazımdır. 2017-ci ildən sonra istehsal olunan "Kia Rio"ların satış qiyməti isə 20 min manatdan başlayır.
Pərviz