Narkotik saxlamaqda təqsirli bilinən gənc hakimin hökmünü eşitdikdən sonra məhkəmə binasından qaçıb.
Bu anlar müşahidə kamerası tərəfindən qeydə alınıb.
“HaberGlobal”ın məlumatına görə, hadisə ABŞ-da baş verib.
Məlumata görə, 34 yaşlı Nikolas Qarrison bir il müddətinə azadlıqdan məhrum edilib və 2500 dollar (4250 AZN) cərimə ilə cəzalandırılıb. Hökm oxunan sırada məhkum binadan qaçıb.
Kadrlarda onun pilləkənlə qaçdığı, polislərdən birinin onun arxasınca boşluğa tullandığı görünür.
Məlumata görə, məhkumu tutmaq mümkün olmayıb. Polis isə qabırğalarının sınması diaqnozu ilə xəstəxanaya yerləşdirilib.