Koronavirusun daha bir fəsadı ortaya çıxdı

DÜNYA
09:23 / 06.02.2021
1625

Almaniyalı və kanadalı bioloqlar yeni növ koronavirus infeksiyasının hissəciklərinin mədəaltı vəzin hüceyrələrinə daxil olaraq orqanın içərisində çoxaldığını aşkar ediblər.
 
Alimlərin məqaləsi “Nature Metabolism” jurnalında dərc edilib.
 
“Koronavirusa yoluxan şəxslərin sağlamlıq vəziyyətinə dair müşahidələr göstərib ki, infeksiya tez-tez insan bədənindəki qlükozanın dövriyyəsində narahatlıqlar yaradır, lakin bunun səbəbləri bizim üçün aydın deyildi. “SARS-CoV-2”nin insulin istehsal edən beta hüceyrələri də daxil olmaqla mədəaltı vəzin həm ekzokrin, həm də endokrin hüceyrələrinə nüfuz edə bildiyini və orada çoxaldığını aşkar etdik” - tədqiqatçılar yazıblar.
 
Qeyd edək ki, “SARS-CoV-2” virusunun mərkəz sinir sistemi hüceyrələrinə təsir göstərərək beyin qabığında dəyişikliklərə, nəticədə şizofreniya, Alzheymer və Parkinson xəstəliklərinin ortaya çıxmasına səbəb ola biləcəyi irəli sürülür.

 

0
Modern.az