ABŞ Rusiyanın Ukraynadakı itkilərini açıqladı - VİDEO

DÜNYA
09:50 / 31.03.2022
969

ABŞ-ın hesablamalarına görə, Rusiya tərəfi Ukraynadakı müharibədə 10 mindən çox əsgər itirib. 

Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin müavini Viktoriya Nuland "Current Time” telekanalına açıqlamasında bildirib.
 
Müxbirin yaxın həftələrdə Rusiya ilə Ukrayna arasında atəşkəsin mümkün olub-olmayacağı ilə bağlı sualına cavab olaraq dövlət katibinin müavinin cavabı belə olub:

"Bu, ukraynalılar və onların müttəfiqlərinin səy göstərdiyi məsələdir. Lakin Rusiya Ukrayna ordusunun nə qədər güclü olduğunu hələ tam anlamayıb".

"Rusiya tərəfi inanılmaz itkilər verir. Bizim qiymətləndirməmizə görə, 10 mindən çox rusiyalı həlak olub. Amma real atəşkəs əldə olunmayana qədər ciddi danışıqlar olmayacaq", Nuland müsahibəsində deyib.

0