Rusiya Ukraynanın 4 kəndini işğal etdi

DÜNYA
17:03 / 31.03.2022
897

Rusiya qoşunları Jitomir vilayətinin Narodıçi ərazi icmasının dörd kəndini ələ keçirib.

HİT.az xəbər verir ki, bu  barədə "Ukrinform"a müsahibəsində Jitomir  bələdiyyəsinin sədri Vitali Buneçko bildirib.

"Rusiya genişmiqyaslı müharibə aparır və Jitomir bölgəsi hərbi əməliyyatların mərkəzlərindən biridir... İşğal olunmuş kiçik ərazimiz var, bunlar Çernobıl zonasına yaxın olan Narodiçi icmasının 4 kəndidir. Bizim demarkasiya xəttimiz var - bu, tam hərbi əməliyyatların aparıldığı Narodıçi və Malinsk icmalarından keçən Kiyev vilayəti ilə sərhəddir...", - Buneçko bildirib.

Onun sözlərinə görə, müharibə başlayandan bəri bölgə cəmi 2 gündür ki, hava və ya raket zərbələrinə və atəşə məruz qalmayıb. Jitomir bölgəsi ballistik raketlərlə bombalanır, hava zərbələri endirilir, Narodiçiya və qismən Malinsk icmalarında artıq "Qradlar"ın atəşi müntəzəm xarakter alıb. //unikal

1