DÜNYA
09:48 / 09.06.2022
377

Rusiyanın mühasirədə saxladığı Ukrayna limanlarındakı gəmilərdə azərbaycanlılar da var

Rusiyanın mühasirəyə alaraq minaladığı limanlardakı gəmilərdə Azərbaycandan olan insanlar da var.

Bu barədə BMT-nin Beynəlxalq Dəniz Təşkilatının dəniz təhlükəsizliyi üzrə müşaviri Piter Adams bildirib.

Onun sözlərinə görə, hazırda Ukrayna limanlarında göyərtəsində 450-yə yaxın matros olan, təxminən, 80 gəmi mühasirədədir. Göyərtədəki insanların üçdə biri Filippindəndir. Orada Azərbaycan, Türkiyə və Suriyadan da çox sayda insan var.

Ukraynanın Xarici İşlər Nazirliyi bildirib ki, bu ölkənin taxılını dəniz yolu ilə ixrac etməsi üçün Rusiya donanmasını regiondan çıxarmalı və limana, eləcə də kommersiya karvanına hücum etməyəcəyi haqqında təhlükəsizliyə təminat verməlidir.

0