Məxfi sənədlər açıldı: Hitler SSRİ-də çevriliş etmək istəyib, Papa isə...

DÜNYA
13:39 / 20.12.2022
1380

Rusiyanın Xarici Kəşfiyyat Xidməti (SVR) 1941-ci ildə Almaniyanın SSRİ-yə hücumu ilə bağlı yeni məlumatların məxfiliyini ləğv edib. İctimaiyyətə açıqlanan yeni məlumatlarda bildirilir ki, Papa 1941-ci ilin yazında Almaniyanın SSRİ-yə gözlənilən hücumundan xəbərdar olub.

Publika.az xəbər verir ki, materiallar Rusiya Federasiyası Prezidenti Administrasiyasının Boris Yeltsin adına Prezident Kitabxanasının saytında dərc olunub. Rusiya kəşfiyyatı 1941-ci il mayın 3 -də Moskvaya gələn şifrəli teleqramı dərc edib. SVR bildirir ki, teleqram "Viktor"a ünvanlanıb - o, sovet xarici kəşfiyyatının əfsanəvi rəhbəri Pavel Fitinin kod adı idi.

Sənədlərdə bildirilir ki, 1941-ci il aprelin 23-də Papa 400 yezuitin iştirak etdiyi gizli toplantı keçirib. Papa XII Pius Şərqdə fəallığı artırmaq üçün müraciət edib. Eyni zamanda, Almaniyanın SSRİ-yə qarşı hücumu gözlənildiyi üçün Baltikyanı ölkələr, Qərbi Ukrayna və Belarusdakı dindarlardan sərhədə yaxınlaşmaq tələb olunub.

SVR, nasist lideri Adolf Hitlerin 1933-cü ildə SSRİ-də çevriliş etmək planları barədə gizli sxlanılan sənədləri də açıqlayıb.

0