Türkiyədə dəhşətli zəlzələ: 1121 nəfər ölüb, 7634 nəfər yaralanıb, 2834 bina dağılıb - YENİLƏNİB

DÜNYA
17:39 / 06.02.2023
892

Türkiyədə baş verən güclü zəlzələdə ölən və yaralananların sayı artır.

HİT.az xəbər verir ki, son məlumatda yeraltı təkanlar nəticəsində ölənlərin sayının 1 121-ə yüksəldiyi, 7 634 nəfərin yaralandığı açıqlanıb.

2 834 bina dağılıb.

14.14

Türkiyədəki zəlzələdə ölənlərin sayı 912 nəfərə çatıb. 

HİT.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, 5385 nəfər yaralıdır.

11.06

Türkiyədə baş verən güclü zəlzələdə ölənlərin sayı artır.

HİT.az xəbər verir ki, Türkiyənin vitse-prezidenti Fuad Oktay yeraltı təkanlar nəticəsində ölənlərin sayının 284-ə çatdığını açıqlayıb.

O, 2323 nəfərin yaralandığını, 1710 binanın dağıldığını deyib.

10.03

Türkiyənin cənub-şərqində baş verən 7,4 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 76-ya çatıb. Yaralıların sayının yüzlərlə olduğu bildilir. 

HİT.az xəbər verir ki, Malatya şəhərində zəlzələ nəticəsində ölənlərin sayı 23-ə yüksəlib, 420 nəfər yaralanıb.

Şanlıurfa şəhərində zəlzələ nəticəsində ölənlərin sayı 17-ə çatıb.
 
07:53

Türkiyənin Qaziantep şəhərində ölkədə baş verən güclü zəlzələdən sonra 6.4 maqnitudalı afterşok qeydə alınıb.

HİT.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların ocağı 6.98 km dərinlikdə şəhərin Nurdağı rayonunda qeydə alınıb. Afterşok Bakı vaxtı ilə 05:26-da baş verib.

Məlumata görə, bölgədə təkrar təkanlar davam edir.
 
07:43
 
Türkiyədə 7.4 maqnitudalı zəlzələ olub.

HİT.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, zəlzələnin ocağı Kahramanmaraş şəhərinin Pazarcık rayonu ərazisində 7 km dərinlikdə olub.

Yeraltı təkanlar Bakı vaxtı ilə 05:17-də qeydə alınıb. Zəlzələ Ankara daxil olmaqla ölkənin bir çox şəhərlərində hiss edilib.

Çox sayda yaşayış binasının və ictimai-iaşə obyektlərinin dağıldığı bildirilir.

0