Bu ölkə Ukraynanı gizli şəkildə yüz minlərlə artilleriya mərmisi ilə təmin edib - KİV

DÜNYA
10:28 / 25.05.2023
247

Cənubi Koreya Ukraynaya artilleriya mərmilərinin ötürülməsinə dair Vaşinqtonla məxfi razılaşma əldə edib və yüz minlərlə sursatın böyük partiyasını çatdırıb.

HİT.az xəbər verir ki, bu barədə Amerikanın “The Wall Street Journal” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb. 

Nəşr tərəflərin çoxlu müzakirələrdən sonra bu məsələdə “ortaq məxrəcə” gəldiyini qeyd edir. Bu, ölkə prezidenti Yun Seok-yolun səfəri (apreldə o, Amerika lideri Co Baydenlə görüş üçün Vaşinqtona gəlmişdi) sayəsində baş verib.

Xüsusilə, 2022-ci ildə ABŞ Cənubi Koreyanı Kiyevi sursatla təmin etməyə çağırsa da, o zaman Seul belə bir təşəbbüsə kifayət qədər “sərin” reaksiya vermişdi.

Bir müddət əvvəl Cənubi Koreyanın milli təhlükəsizlik müşaviri Ço Tae-un parlament qarşısında çıxışında rəsmilərin silahlı qüvvələrə raket göndərilməsini istisna etmədiklərinə aydınlıq gətirsə də, ölkənin onları Polşadan birbaşa və ya tranzit yolla göndərməyi planlaşdırmadığını vurğulamışdı. Eyni zamanda o, ABŞ-la əməkdaşlıqdan bəhs etməyib.

Öz növbəsində, Müdafiə Nazirliyinin nümayəndəsi Jeon Ha-Kyu mayın 18-də Cənubi Koreyanın silah-sursat ixracı ilə bağlı Pentaqonla danışıqlar apardığını, lakin təfərrüatları açıqlamaqdan imtina etdiyini bildirib.

Qeyd edək ki, bundan əvvəl Cənubi Koreya (ən böyük artilleriya sursatları istehsalçılarından biri) Kiyevə öldürücü silahlarla kömək etməkdən rəsmən imtina etmişdi.

Samir

0