Prezident ordunu maksimum hazırlıq vəziyyətinə gətirdi, təcili hərəkətə keçməyi tapşırdı

DÜNYA
16:41 / 26.05.2023
349

Serbiya prezidenti Aleksandr Vuçiç Priştinanın birtərəfli addımları nəticəsində Kosovo və Metoxiyadakı vəziyyətlə əlaqədar Serbiya ordusunu maksimum döyüş hazırlığı vəziyyətinə gətirib.

HİT.az xəbər verir ki, Serbiya prezidenti və Silahlı Qüvvələrimizin Ali Baş Komandanı Aleksandr Vuçiç ordu hissələrinin döyüş hazırlığının ən yüksək səviyyəyə qaldırılması haqqında sərəncam imzalayıb, Kosovo və Metoxiya ilə inzibati xəttə doğru təcili hərəkətə keçməyə göstəriş verib.

Buna səbəb yerli serblərin boykot etdiyi Kosovonun şimalında aprelin 23-də keçirilən yerli seçkilərdən sonra Priştina hakimiyyətinin albanları şimala mer təyin etmək cəhdi olub. 

Qeyd olunur ki, “dövlət başçısı həmçinin NATO-dan Kosovo və Metoxiyada serblərə qarşı zorakılığı təcili dayandırmağı tələb edib”.

Samir

0