"Eris" variantı barədə bilinməyənlər: Daha yoluxucu, peyvəndə davamlıdır - ARAŞDIRMA
Son zamanlar koronavirusun "Eris" variantı ölkələr üçün təhlükəli hal yaradıb. Qonşu Türkiyədə isə bu gün 9 nəfərin bu varianta yoluxduğu açıqlanıb.
Bəs "Eris" virusunun əlamətləri hansılardır? Hansı ölkələrdə görülüb?
Hit.az bu kimi suallar ətrafında araşdırma aparıb.
Elmi adı EG.5.1 olan CPVİD-19 subvariantı "Eris"in "Omicron" variantından törədiyi təxmin edilir. Bu variant ilk dəfə 31 iyul 2023-cü ildə aşkar edilib.
Virusun əlamətləri nələrdir?
*Qızdırma
*Boğaz ağrısı
*Burun axması
*Burun tutulması
*Asqırma
*Quru öskürək
*Baş ağrısı
"Səsin batması
*Əzələ ağrıları
*Fərqli qoxular almaq
*Mədə ağrıları və həzm problemləri
"Eris" də koronavirusun alt variantı olduğundan, eyni üsulla ötürülür. Virusa yoluxmuş şəxs asqırdıqda, öskürəndə və ya danışanda damcılar havaya keçir. Virus sağlam insanlara bu damcıların təmas yolu ilə ötürülür. Buna görə də, virusa yoluxmuş insanlarla yaxın təmas virusun ötürülməsinə səbəb ola bilər. Bundan əlavə, xəstə insandan ətrafa yayılan damcılar səthləri yoluxdura və müəyyən müddət ərzində səthlərdə yaşaya bilər. Bu səthlərlə təmasda olan insanlar əllərini yumadan və dezinfeksiya etmədən üzlərinə toxunduqda da yoluxa bilərlər.
Aparılan araşdırmalara görə, "Eris" variantı 51 ölkədə aşkar edilib. Bura ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, İspaniya, Braziliya, Yaponiya, Cənubi Koreya, Hindistan kimi ölkələr daxildir. "Eris" variantı dünya üzrə COVID-19-a yoluxmanın təxminən 17,4%-ni təşkil edir
Bundan əlavə, "Eris" variantınıb zülalında 3 mutasiya var. Bu mutasiyalar virusun insan hüceyrələrinə daha asan bağlanmasına və yoluxmasına səbəb ola bilər. Buna görə də, daha yoluxucu və peyvəndlərə daha davamlı ola bilər.
Aynur Əli