DeSantis Trampın vitse-prezidenti olmaqdan imtina etdi

10:02 / 02.10.2023
267

Florida qubernatoru və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Ron DeSantis 2024-cü ildə keçiriləcək seçkilərdən öncə keçmiş dövlət başçısı Donald Trampla bağlı təklifi qəbul etməyib.

HİT.az xəbər verir ki, “Fox News” telekanalının efidində ona "Trampla əməkdaşlığa və onun vitse-prezidenti olmağa razı olarsınızmı" sualına cavab verib.

"Yox, mən prezidentliyə namizədliyimi irəli sürürəm”, deyə DeSantis bildirib.

O, əlavə edib ki, Respublikaçılara Corciya və Arizona kimi ştatları qazana biləcək namizəd lazımdır, Tramp isə bunu bacarmayıb və etməyib.

Samir

0