Çexiya prezidenti: "Ukraynalı əsgərlər Qərbin dəstəyindən məyus olur"

DÜNYA
15:52 / 21.11.2023
195

"Ukraynanın əks-hücumu plana uyğun getmədi, çünki Rusiya onu dəf etməyə yaxşı hazır idi".

HİT.az xəbər verir ki, bunu Çexiya prezidenti Peter Pavel respublika silahlı qüvvələrinin ali komandanlığının iclasında deyib.

"Ukraynanın əks-hücum əməliyyatı ukraynalıların özlərinin gözlədiyi kimi getmir. Zaman Rusiyaya əks-hücuma çox yaxşı hazırlaşmağa imkan verdi. Ukraynaya lazım olan silahların tədarükü gecikir, ukraynalı əsgərlər Qərbin dəstəyindən məyus olurlar”, deyə Pavel bildirib.

Çexiya prezidenti onu da qeyd edib ki, Rusiya öz qoşunlarını Qərb ölkələrinin Ukraynaya göndərdiyindən daha çox silah və sursatla təmin edə bilib. Qarşıdan gələn qış isə Ukrayna Silahlı Qüvvələrinin hərəkətlərinə mənfi təsir göstərə və Kiyev üçün yeni problemlər yarada bilər.

Noyabrın 21-də məlum olub ki, Ukrayna Silahlı Qüvvələrində Qərb ölkələrinin təchiz etdiyi texnikanın texniki vəziyyətində problemlər yaranıb. Xüsusən də zirehli transportyorların 60%-dən çoxu istismar müddətini başa vurub və əksər artilleriya qurğuları lülənin aşınması səbəbindən məqsədyönlü atəş həyata keçirə bilmir.

Elə həmin gün Avstriyanın “Der Standard” qəzeti yazıb ki, Qərb strateqləri Ukraynadakı əks-hücumun uzun sürən səngər münaqişəsinə çevriləcəyindən ehtiyat edirlər.

Samir

0