Taker Karlson: \"ABŞ UNO-lar haqqında həqiqəti gizlədir\"

22:40 / 30.11.2023
335

"Birləşmiş Ştatlar UNO-lar haqqında həqiqəti ictimaiyyəti qorxutmaqdan qorxduğu üçün deyil, törətdikləri vəhşiliyə görə gizlədir".

HİT.az xəbər verir ki, bunu məşhur amerikalı jurnalist Taker Karlson X sosial şəbəkəsində (keçmiş Twitter) proqramının efirində bildirib.

“Bu, onların cinayətidir. Bir gün bunun nə olduğunu öyrənəcəyik”, deyə Karlson bildirib.

Jurnalistin sözlərinə görə, ABŞ hakimiyyət orqanlarında UNO-ların və onların üzərində uçan canlıların cəsədlərinin mövcudluğuna dair fiziki sübutlar var, lakin onlar 80 ildir ki, bunu ictimaiyyətdən gizlədirlər.

Buna səbəb isə bu məsələ ilə bağlı sosial iğtişaş qorxusu ilə bağlı deyil. Karlsonun fikrincə, belə bir izahat gülünc görünür, çünki hökumətin ən yaxşı işi əhalini qorxutmaqdır.

Jurnalist UFO-larla bağlı ABŞ hakimiyyətinin hansı “vəhşiliyi” etdiyini açıqlamayıb.

Samir

0