Britaniya girovları tapmaq üçün Qəzza üzərində uçuşlar həyata keçirəcək

15:35 / 05.12.2023
266

Böyük Britaniya HƏMAS-ın saxladığı israilli girovları tapmaq üçün Qəzza zolağı və İsrail üzərində kəşfiyyat uçuşları həyata keçirəcək. 

HİT.az xəvəer verir ki, bu barədə krallığın müdafiə naziri Qrant Şapps bildirib.

"avam edən girovların xilas edilməsi səylərinə dəstək olaraq, Böyük Britaniya Müdafiə Nazirliyi Şərqi Aralıq dənizi üzərində, o cümlədən İsrail və Qəzza zolağı üzərindəki hava məkanında müşahidə uçuşları həyata keçirəcək. Kəşfiyyat təyyarələri silahsız olacaq, döyüş rolunu oynamayacaq və onların vəzifəsi yalnız girovların yerini tapmaq olacaq”, deyə müdafiə naziri qeyd edib.

Nazir bildirib ki, Britaniya hökuməti girovların azad edilməsinə nail olmaq üçün region üzrə tərəfdaşları ilə işləyir.

Samir

0