Britaniyalı deputat İsrailin HƏMAS-a qarşı mübarizə üsullarını tənqid etdi

21:43 / 05.12.2023
249

Britaniya Parlamentinin Müdafiə üzrə Seçmə Komitəsinin rəhbəri Tobias Ellvud İsrailin Qəzza zolağındakı hərəkətlərini tənqid edib. Onun sözlərinə görə, İsrail ordusunun hücum kampaniyası HƏMAS-dan qurtulmağa kömək etməyəcək.

HİT.az bu barədə "Sky News"a istinadən xəbər verir.

"Bu, terror əməliyyatı ilə mübarizənin yanlış yoludur. Əslində, onlar (israillilər) HƏMAS üzvlərinin işə götürülməsinə şərait yaradırlar", deyə Ellvud bildirib.

Onun sözlərinə görə, İsrailin baş naziri Benyamin Netanyahu hara gedəcəkləri aydın olmadan Qəzzaya tanklar göndərib. Parlamentari İsraili iki tərəf arasında bufer zona kimi “yaşıl zona” yaratmaq üçün beynəlxalq tərəfdaşlarla işləməyə çağırıb.

Ellvudun fikrincə, İsrail ordusunun Fələstin anklavındakı kampaniyasının yeni mərhələsi daha ​​qaranlıq bir fəsli işarələyir və eskalasiya perspektivi həqiqətən çox yüksəkdir.

"Nəhayət, əgər siz HƏMAS-dan yaxa qurtarmaq istəyirsinizsə, müharibə bunu etməyin ən yaxşı yolu deyil", deyə siyasətçi bildirib.

Samir

0