Aİ-yə Macarıstanı "sakitləşdirməyə" çalışmamaq tövsiyə olundu

DÜNYA
18:14 / 05.12.2023
312

Avropa Komissiyası hesab edir ki, Avropa İttifaqı Budapeştə verdiyi milyardlarla avro dəstəyini dondurmaqla Macarıstanın baş naziri Viktor Orbanı sakitləşdirməyə çalışmamalıdır.

HİT.az xəbər verir ki, “The Guardian” mənbələrə istinadən yazır. 

Nəşrin yazdığına görə, Aİ daxilində heç də hamı Macarıstan tərəfi üçün mümkün vəsait ayrılması ilə razılaşmır, çünki bu, Aİ-nin Ukraynanın üzvlüyü ilə bağlı danışıqlara başlamaq və Kiyevə yeni yardım göstərmək planlarını pozmaqla hədələyir.

"The Guarduan" qeyd edir ki, avropalı rəsmilər və deputatlar Budapeştin xeyrinə addımların Orbanın Ukrayna ilə bağlı mövqeyini dəyişəcəyinə əmin deyillər. Almaniyalı Avropa Parlamentinin üzvü Daniel Freundun fikrincə, Aİ Macarıstana təzyiqi dayandıra və vəsaitləri dondura bilməz.

“Orban uğur qazanarsa, başqaları ondan nümunə götürəcək və veto hüququndan sui-istifadə edəcəklər. Bu, gələcəkdə Avropa İttifaqını xeyli zəiflədəcək”, deyə deputat vurğulayıb.

Eyni zamanda, adının açıqlanmasını istəməyən Aİ diplomatı nəşrə deyib ki, dondurulmuş qərarın Macarıstanın Ukraynadakı hərəkətləri ilə əlaqəsi olmayacaq. Onun sözlərinə görə, Budapeşt bəzi pozuntuları aradan qaldırıb, ona görə də vəsait alacaq.

“AK bunu edir, çünki onların başqa seçimləri yoxdur. Əgər Macarıstan işin bir hissəsini görsə, o zaman komissiyanın pul verməkdən başqa yolu qalmayacaq”, deyə diplomat yekunlaşdırıb.

Samir

0