Çexiya prezidenti: \"Ukrayna qıcıqlandırıcı faktora çevrilib\"

19:19 / 07.12.2023
289

"Ukrayna Çexiyadakı bəzi siyasətçilər və vətəndaşlar üçün qıcıqlandırıcı faktora çevrilib". 

HİT.az "Novinky" agentliyinə istinadən xəbər verir ki, bunu Çexiya prezidenti Petr Pavel baş nazir Petr Fiala, xarici işlər naziri Yan Lipavski, Deputatlar Palatasının sədri Marketa Pekarov Adamov və Senatın rəhbəri Miloş Vıstrsillə görüşündə bildirib.

"Peter Pavel bildirib ki, Ukraynaya dəstək bəzi siyasətçilər və vətəndaşlar üçün qıcıqlandırıcı faktora çevrilib", deyə nəşr yazır.

Dövlət başçısı bəyan edib ki, Çexiyanın Ukraynaya dəstəyi davam etməlidir və davam edəcək.

Bundan əvvəl Çexiyanın baş naziri Petr Fiala Vyanada keçirdiyi mətbuat konfransında ölkəsinin anbarlarındakı silah ehtiyatlarının azaldığını və bunun da Praqanın Kiyevə kömək etmək imkanlarını azaldığını bildirib.

Samir

0