Fransa kəşfiyyatı: \"Ölkədə terror aktları təhlükəsi artıb\"

17:24 / 07.12.2023
279

Son bir ildə Fransada terror təhlükəsi artıb və Fransanı İsrailin “şərtsiz ortağı” kimi təqdim etmək cəhdləri onu radikal islamçılar üçün “qanuni hədəf”ə çevirir. 

HİT.az xəbər verir ki, bunu Fransa Daxili Təhlükəsizlik Baş İdarəsinin (DGSI) rəhbəri Nikolas Lerner deyib.

Onun sözlərinə görə, buna üç amil təsir edir: "Cihadçı hərəkata getdikcə artan gənclərin bağlılığı səbəbiylə yeni təkan, onların diskursuna cəmiyyətimizə zərbə endirmək istəyinin daxil edilməsi və xarici hadisələrə görə bu təhlükənin geri qayıtması".

Lerner bildirib ki, 2018-ci ildən Fransada radikal islama bağlı 486 məhbus azad edilib. Onun sözlərinə görə, cinayət törətmək niyyətinin əlamətlərinin tanınması üçün mütəmadi olaraq onların monitorinqi aparılır.

Bundan əvvəl Fransa hakimiyyəti ölkədə terror aktları təhlükəsinin ən yüksək səviyyəsini tətbiq edib.

Samir

0