Polşa nüvə dövləti ola bilər

17:00 / 12.02.2024
229

Polşanın istefada olan generalı Yaroslav Kraşevski nüvə silahının əldə edilməsinin, eyni zamanda nüvə dövləti statusunun Varşava üçün yaxın bir neçə ildə tamamilə mümkün olduğunu deyib. 

HİT.az xəbər verir ki, o, bu fikri RFM 24 radiostansiyasının efirində bildirib.

"Hesab edirəm ki, bu ssenari olduqca realdır. Nüvə imkanlarına malik olanların təhlükəsizliyi çox yüksək səviyyədədir. Tipik olaraq, belə ölkələrə hücum edilmir və lokal böhrana səbəb olan hər hansı aksiyanın həyata keçirilməsi ehtimalı belə nəzərə alınmır", deyə Kraşevski bildirib.

O, Polşanın nüvə arsenalına yiyələnməsinə qarşıdakı illər üçün vəzifə kimi baxdığını vurğulayıb.

General Ukraynada hərbi əməliyyatlar başa çatdıqdan sonra güclərin nüvə balansına yenidən baxılacağını bildirib. Hərbçi onu da qeyd edib ki, Rusiyanın hərbi qüdrətinin güclənməsi səbəbindən Polşanın nüvə silahına malik olması lazımdır.

Samir

0