CNN: Bayden komandasına Trampı dəli kimi təsvir etmək tapşırığı verib

DÜNYA
10:03 / 21.02.2024
187

ABŞ prezidenti Co Bayden seçki kampaniyasında köməkçilərinə keçmiş prezident Donald Trampı dəli və ikinci prezidentlik müddətinə yararsız kimi təqdim etməyi tapşırıb. 

HİT.az xəbər verir ki, bu barədə Amerikanın CNN telekanalı mənbələrə istinadən məlumat yayıb.

Onların fikrincə, Bayden eks-prezidentin qızışdırıcı çıxışlarına daha güclü diqqət ayırmağı və Amerika ictimaiyyətinin diqqətini Trampın "dəli açıqlamaları"na yönəltməyi əmr edib.

CNN Baydenin Trampı dəli və buna görə də dövlət başçısı olmağa yararsız kimi təsvir etmək istədiyini tələb edib.

Bu arada, Bayden bildirib ki, onun prezident seçkilərindəki rəqibi Donald Tramp ABŞ-ı keçmişə sürükləyir. Baydenin sözlərinə görə, Tramp ABŞ-ı gələcəyə aparmaqdansa, keçmişə sürükləyir. 

Dövlət başçısı vurğulayıb ki, o və komandası həqiqət tərəfdarıdır, Trampı və onun yalanlarını məğlub etmək niyyətindədir.

Bundan əvvəl Tramp bildirib ki, Amerikanın hazırkı lideri Co Bayden faşistlər tərəfindən idarə olunur. Üstəlik, Trampın fikrincə, Bayden həm korrupsioner, həm də qorxunc prezidentdir.

Samir

0