Türkiyəli ev sahibləri vergidən yayındıqları üçün yoxlanılacaq

DÜNYA
22:11 / 21.02.2024
266

Türkiyənin Maliyyə Nazirliyi kirayə şərtlərini müzakirə etmək üçün mənzil kirayəçilərini şəxsi görüşlərə çağırmağa başlayıb.

HİT.az "Hürriyet"ə istinadən xəbər verir ki, məqsəd vergidən yayınma hallarını aşkar etməkdir.

Agentlik 4,5 milyona yaxın mənzili təhlil edib və icarəyə verilən əmlakların siyahısını dəqiqləşdirib. Bundan sonra vergi idarəsi kirayəçilərə məktublar göndərərək görüşə gəlmələrini xahiş edib. Müqavilə ev sahibinin iştirakı ilə bağlanıbsa, icarə müqaviləsini, bank köçürmə qəbzlərini və rieltor haqqında məlumatı özü ilə aparmalıdır.

İstanbul Ticarət Palatasının rieltorların peşəkar komitəsinin rəhbəri Hakan Akdoğan nəşrə müsahibəsində "Bu il ərzində bütün icarə müqavilələrinin e-devlet elektron sistemində qeydiyyata alınması planlaşdırılır" deyib.

Akdoğanın sözlərinə görə, Türkiyə hakimiyyəti kirayə evlərin qiymətlərinin tənzimlənməsi mexanizmini də tətbiq etmək niyyətindədir. Ötən il ölkədə daşınmaz əmlakın qiyməti regiondan asılı olaraq 80-130% artıb.

Samir

0