Ramiz Mehdiyevə məxsus olduğu deyilən banka qarşı iddia

22:31 / 28.02.2024
513

“Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyəti (ASC) məhkəməyə verilib. 

Hit.az xəbər verir ki, iddiaçı Orucov Arif Ağadin oğludur. 

Onun iddiasına Bakı Kommersiya Məhkəməsində baxılacaq. 

Arif Orucov bundan əvvəl banka qarşı Sabunçu Rayon Məhkəməsində iddia qaldırıb. 

Onun iddia tələbi mənəvi zərərin ödənilməsi ilə bağlı olub. 

“Bank VTB “Azərbaycan” ASC Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti Ramiz Mehdiyevin nəzarətindədir. Mediada gedən məlumata görə, bankın səhmlərinin 74 faizi Ramiz Mehdiyevin gəlini Nigar Mehdiyevaya məxsusdur. 

Anar

0