"Britaniya qlobal sistemdə "orta gücə" çevirilib"

DÜNYA
21:22 / 08.04.2024
180

Britaniya Xarici İşlər Nazirliyi elitist, keçmişdə ilişib qalmış bir təşkilata çevrilib. İndi London orta səviyyəli bir gücə çevrilməyi qəbul etməlidir. 

HİT.az xəbər verir ki, “The Guardian” bu barədə ölkənin xarici siyasət idarəsinin keçmiş əməkdaşlarının hesabatına istinadən yazır.

"Güclü yeni departament Britaniyaya orta səviyyəli güc roluna uyğunlaşmağa və Xarici İşlər Nazirliyinin bir qədər elitist və keçmişdə qalmış kimliyindən çıxmağa kömək edəcək", deyə hesabatda qeyd edilir.

Materialın müəllifləri - Nazirlər Kabineti Katibliyinin keçmiş rəhbəri Mark Sedvill, Britaniyanın Livandakı keçmiş səfiri Tomas Fletçer və Xarici İşlər Nazirliyinin Afrika Departamentinin keçmiş rəhbəri Moazam Malik ÜDM-in ən azı 2%-nin müdafiəyə, 1%-nin isə Londonun beynəlxalq fəaliyyətini dəstəkləmək üçün ayrılması zərurətini bəyan edib.

"Bizdə Səudiyyə Ərəbistanının maliyyəsi, Avropa İttifaqının lövbəri Fransanın, Türkiyənin regional aktivliyi və risk iştahı, Hindistanın və İndoneziyanın demoqrafik gücü yoxdur. Biz qlobal sistemdə bir sıra "orta güclər"dən biriyik. Son 10 ildə sərvətimiz, hərbi gücümüz və reputasiyamız digərlərinə nisbətən aşağı düşüb. İqtisadiyyatdan tutmuş iqlim böhranına, milli təhlükəsizlik və beynəlxalq inkişafa qədər kritik maraqlar üzrə mövqeyimiz, hərəkətimizi bir yerə toplaya bilməsək, daha da pisləşəcək. Səbəb sadədir: dünya qeyri-sağlam tarazlığa doğru meyl edir və Britaniya bəzi əsas tendensiyaların yanlış tərəfindədir", deyə nəşr yazır.

Samir

0