Ermənistanda tarix təkrarlanır?

DÜNYA
18:09 / 11.06.2024
445

- Aksiyalarla gələn, aksiyalarla gedəcəkmi?

İyunun 17-də Ermənistan parlamenti növbədənkənar iclas keçirəcək. 

İclasda hökumətin istefası ilə bağlı layihəyə baxacaq.

İclasın gündəliyinə hökumətin istefası və yeni nazirlər kabinetinin formalaşdırılması ilə təkliflər səsləndirilib.

Lakin hələlik baş nazirin impiçmentini müzakirə etmək tələbi rədd olunub.

Maraqlıdır, Paşinyan istefaya gedəcəkmi? Keşiş Baqrat üstünlük əldə edə biləcək?

Hit.az-a açıqlama verən siyasi şərhçi Mübariz Göyüşlü bildirib ki, Baqrat Qalstanyan müxalifət parlamentdə Baş nazir Nikol Paşinyanın impiçmenti prosesini başlayacağını bildirib: 

“Aksiyaların baş verdiyi ərəfədə baş nazir Paşinyanın rahatlığı diqqət çəkir. 2018-ci ildə özü də hakimiyyətə məhz etiraz aksiyaları vasitəsilə gələn Paşinyan bu məsələdə erməni keşişdən daha təcrübəlidir. 2018-ci ildə keçmiş prezident Serjik Sarkisyanı devirmək istəyən Nikol da xalqı qarşısında alovlu çıxışlar edirdi. Bu gün də Baqrat eyni addımı təkrarlayır. Ermənistanda tarix təkrarlanır. Həmin dövrdə Nikol Paşinyan hakimiyyətin istefası üçün ultimatum vermişdi. Baqrat da Paşinyanın istefası üçün hökumətə vaxt verdiyini deyir.

Mənə belə gəlir ki, daha doğrusu hadisələrin axarı onu deməyə əsas verir ki, arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi etiraz aksiyası sonda uğursuzluğa düçar olacaq. Ümumiyyətlə, İkinci Qarabağ müharibəsindən sonra Ermənistanda baş nazir Nikol Paşinyana qarşı etirazlar mütəmadi olaraq baş tutur. Ölkənin siyasi böhrandan çıxmasının yeganə variantının Azərbaycanla əlaqələri qurmaq olduğunu anlayan Nikol Paşinyanı bu mənada xalqın bir hissəsi dinləyir. Ermənilərin böyük əksəriyyəti bu siyasəti başa düşür və baş nazirə dəstək verir. Paşinyan xalqa Avropaya çıxış vəd edən qapıdır. Bu mənada xalq ona dəstək verəcək”,- deyə ekspert bildirib.

Murad

0