Andrey Yermak: Rusiya ikinci Sülh Sammitini pozmağa çalışacaq

DÜNYA
21:15 / 20.06.2024
248

Rusiya ikinci Sülh Sammitini pozmaq üçün səy göstərməyi planlaşdırır.

HİT.az xəbər verir ki, bu barədə "Telegram"da Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak məlumat verib.

"İkinci Sülh Sammitinə hazırlıq davam edir. Həmçinin, düşmənin bu zirvəni pozmağa cəhd etmək planlarından da artıq xəbərimiz var. Ruslar Ukraynanın Qərbdə və Qlobal Cənub ölkələri arasında dəstəyindən narazıdırlar. Lakin reallıq ondan ibarətdir ki, BMT Nizamnaməsi əsasında ədalətli sülh hələ də düşmənin dünya düzənini və oyun qaydalarını dəyişmək cəhdlərini məğlub edəcək. Onları qəbul etmək lazım gələcək", deyə Yermak bildirib.

Qeyd edək ki, ilk Sülh Sammiti iyunun 15-16-da İsveçrənin Bürgenstok kurortunda keçirilib. Sammitdə Volodimir Zelenskinin Sülh Formulasının üç bəndi - nüvə təhlükəsizliyi, ərzaq təhlükəsizliyi və humanitar ölçü - əsirlərin mübadiləsi və oğurlanmış ukraynalı uşaqların geri qaytarılması müzakirə olunub. Sammitin yekunu olaraq üzvlük üçün açıq olan kommünike imzalanıb. Sammitin nəticələri Rusiyaya ötürüləcək.

Samir

0