Ukraynalı ekspert: "Kursk AES-in ələ keçiriləcəyi təqdirdə məsuliyyəti Ukrayna daşıyacaq"

DÜNYA
15:51 / 12.08.2024
171

"Ukrayna Kursk AES-in ələ keçiriləcəyi təqdirdə müttəfiqlərinin bir hissəsini itirmək riski ilə üzləşə bilər. Onlar hətta Kiyevi silah tədarükünü dayandırmaqla hədələyə bilərlər". 

HİT.az xəbər verir ki, bunu Ukrayna ordusunun keçmiş əməkdaşı (2004-2015), hərbi ekspert İvan Stupak KYIV24-də mümkün fəsadlardan danışarkən deyib.

"MAQATE-dən ilk reaksiya nə olacaq? Qınama. BMT-dən qəzəb olacaq. Biz düşməliyik ki, bu baş verəcək. Müttəfiqlərimizin bir qismini itirmək riskimiz var. Silah tədarükü dayandırıla bilər, çünki Ukrayna "nüvə terrorçu ölkəsi" adlandırılacaq", deyə o bildirib.

Stupak əmindir ki, Kursk AES-in mümkün müsadirəsi ilə bağlı qərar təhlükəlidir, çünki fövqəladə vəziyyət yaranarsa, Ukrayna məsuliyyət daşıyacaq.

"Ukrayna hərbçiləri AES-də rus operatorlarını hədəfə alaraq onları işə məcbur edir, girov götürür, yoxsa evlərinə buraxır? Daha əvvəl heç vaxt Rusiya avadanlıqlarında işləməmiş öz şəxsi heyətini gətirirlər, onun necə işlədiyini bilmirlər? Və bundan sonra nə var, bu, böyük bir obyektdir, bu, nüvə yanacağıdır, nəsildir, sadəcə dayandırılmayacaq və baş verən hər şey üçün Ukrayna məsuliyyət daşıyacaq, bu, bizə lazımdırmı?", deyə ekspert şərh edib.

Rusiya hərbçiləri Kursk atom elektrik stansiyasının ətrafında müdafiə xətləri qurur. İnternetdə rusların Kursk AES-in yaxınlığında müdafiə xəndəkləri qazdığını əks etdirən fotolar yayılıb. Ukrayna qüvvələri artıq obyektin 50 kilometrliyindədir. Peyk şəkilləri yaxınlıqda bir neçə yeni tikilmiş xəndəkləri göstərir, ən yaxını isə stansiyadan təxminən 8 km aralıdadır.

Bundan əvvəl Stupak vurğulamışdı ki, Ukrayna Kursk AES-i ələ keçirməyəcək, çünki bunun mənası yoxdur. Rusiya Federasiyası ərazisində əməliyyatın məqsədi tamam başqadır. "Açığı, Ukraynanın onu ələ keçirməyi hədəflədiyi ilə bağlı bu versiyanı qəbul etmirəm. Bu hekayə bizə niyə lazımdır? Biz nüvə terrorçuları deyilik. Bizi sadəcə olaraq nüvə obyektini ələ keçirməkdə ittiham edəcəklər ki, biz ifrat nüvə təhlükəsi yaradırıq", deyə o vurğulayır.

Samir


 

0